“Qarabağ” “İnter”lə oyunun hazırlığına start verdi
13.08.2014 - 17:16
“Qarabağ” Topaz Premyer Liqasının II turunun hazırlığına start verib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi bir günlük istirahətdən sonra məşqlərə başlayıb.
I turun “Sumqayıt”la qarşılaşan komanda həftənin ilk gününü bərpa prosesi keçdikdən sonra birgünlük istirahətə buraxılmışdı. II turun mərkəzi oyununda “İnter”lə görüşəcək çempion məşqləri bu gün bərpa edib.
Qeyd edək ki, çempionat oyununa hazırlıq məqsədilə “Qarabağ” gündə 2 məşq edir.
0
0