“Qarabağ” “Qəbələ” ilə oyunun hazırlığına start verdi
23.02.2015 - 12:38
“Qarabağ” “Qəbələ” ilə oyunun hazırlığına start verdi

Topaz Premyer Liqasının lideri “Qarabağ” məşqləri bərpa edib. Apasport.az saytının məlumatına görə, XXIII turun “Neftçi”ylə qarşılaşmasından sonra 3 günlük istirahətə buraxılan Qurban Qurbanovun yetirmələri növbəti matçın hazırlıqlarına start verib.

 

Bu gündən bir araya gələn komanda fevralın 28-də keçiriləcək “Qəbələ” ilə ev oyununa tam heyətlə hazırlaşa bilmir. Buna səbəb 6 futbolçunun millinin heyətində toplanışa yollanmasıdı. Rəşad Sadıqov, Bədavi Hüseynov, Qara Qarayev, Vüqar Nadirov, Namiq Ələsgərov hələ də komandayla Antalyada olduğundan, Maksim Medvedev zədə üzündən geri qayıtdığından məşqlərdə iştirak etmir.