“Qarabağ” “Real”a çatdı
12.05.2016 - 09:46
“Qarabağ” “Real”a çatdı

Ağdamın “Qarabağ” klubu Topaz Premyer Liqasındakı qələbə seriyasını 11-ə çatdırıb. Apasport.az saytının məlumatına görə, XXXIV turun “Qəbələ” ilə ev oyununda 2:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi bununla həm öz tarixinin rekordunu yeniləyib, həm də dünyanın ən uzun qələbə seriyalarının müəllifləri sırasına daxil olub.

 

Belə ki, hazırda davam edən seriyalar arasında dünya rekordu məhz 11 qələbədən ibarətdi. Buna planetin 4 komandası imza atıb.

 

“Real” İspaniya, “Benfika” Portuqaliyada 11 turdu xal itirmir. İrlandiya çempionatının lideri “Limerik” də eyni seriyaya malikdi. “Qəbələ”ni məğlub edən ağdamlılar da bu üç komandaya çatıblar.

0