“Qarabağ” “Volın”la, “Volın” isə “Qəbələ” ilə qarşılaşacağını deyir
24.01.2014 - 11:25
“Qarabağ” “Volın”la, “Volın” isə “Qəbələ” ilə qarşılaşacağını deyir

“Qarabağ” Türkiyədə sabah sonuncu yoxlama oyununu keçirəcək. Apasport.az saytının klubun meneceri Asif Əsgərovdan aldığı məlumata görə, Ağdam təmsilçisi Ukrayna Premyer Liqa təmsilçisi “Volın”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

 

Maraqlıdır ki, “Volın”ın rəsmi saytı sabah “Qarabağ”la yox, “Qəbələ” ilə qarşılaşacaqlarını yazır. Ukrayna klubunun mətbuat xidməti bu oyunun Bakı vaxtı ilə 19:00-da başlayacağını bildirir.

 

Qeyd edək ki, əslində, “Qəbələ” sabah “Volın”la yox, Moskva “Torpedo”su ilə qarşılaşacaq. Bu matçın keçiriləcəyini artıq Rusiyanın I dəstə təmsilçisinin rəsmi saytı da təsdiqləyib.