Planları pozulan “Qarabağ” Bakıya qayıdır - YENİLƏNİB
25.01.2014 - 23:58
Planları pozulan “Qarabağ” Bakıya qayıdır - YENİLƏNİB

 

 

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ın bu günə nəzərdə tutulan yoxlama oyunu baş tutmayıb. Apasport.az saytının xəbərinə görə, Ağdam təmsilçisinin Ukraynanın "Volın" klubu ilə qarşılaşması yağan güclü yağış ucbatından keçirilməyib. 

Sabah Bakıya qayıdacaq “Qarabağ” bundan öncə Rumıniyanın “Dinamo” (1:0), Albaniyanın “Flamurtari” (1:2) və Almaniyanın “Vuppentaler” (2:2) komandaları ilə gücünü sınayıb.