“Qarabağ” Albaniya klubuna uduzdu
23.01.2014 - 09:56
Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” növbəti yoxlama oyununu keçirib. Apasport.az xəbər verir ki, təmsilçimiz Albaniyanın “Flamurtari” komandası ilə gücünü sınayıb.
Bu görüşdə “Qarabağ”ın albaniyalı futbolçuları da çıxış edib. 24-cü dəqiqədə Reynaldo hesabı açsa da, bu üstünlüyünü sonadək qoruya bilməyib. Belə ki, Albaniyanın hazırda 24 xalla 5-ci pillədə yer alan komandası 2 top vuraraq qələbə qazanıb – 2:1.
Qeyd edək ki, “Qarabağ” bundan öncə Buxarest “Dinamo”su ilə qarşılaşmış və Leroy Corcun vurduğu qol sayəsində meydanı 1:0 hesablı qələbə ilə tərk etmişdi.
0
0