“Qarabağ” azarkeşlərə avtobuslar ayırdı
15.09.2016 - 13:01
“Qarabağ” azarkeşlərə avtobuslar ayırdı

Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün “Slovan”ı qəbul edəcək. Apasport.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi yolun uzaqlığını nəzərə alaraq, azarkeşlərin bu matçda rahat gediş-gəlişini təmin etmək üçün xüsusi avtobuslar ayıracaq.

 

Avtobuslar saat 17:00-dan etibarən Koroğlu metrostansiyasından stadiona yola düşəcəklər.

 

Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək “Qarabağ” – “Slovan” matçı saat 19:00-da start götürəcək.