“Qarabağ” gedir
09.01.2015 - 21:08
“Qarabağ” sabah yola düşür. Apasport.az klubun rəsmi saytına istinadən məlumatına görə, 2014-2015 mövsümünün 2-ci yarısına hazırlaşmaq üçün Türkiyəyə yollanacaq komandanın 20 günlük istirahəti başa çatır.
Topaz Premyer Liqasının lideri Bakı - İstanbul - Antalya reysiylə qardaş ölkəyə hərəkət edəcək. “Qarabağ” Türkiyədə 21 gün təlim-məşq toplanışında olacaq və fevralın 1-də isə Bakıya dönəcək.
Təlim-məşq toplanışı müddətində Qurban Qurbanovun yetirmələri Bələk bölgəsindəki “İC Santai” otelində məskunlaşacaq. “Qarabağ” burada 6 yoxlama maçında gücünü sınayacaq.
0
0