“Qarabağ” Hollandiyaya aparacağı heyətdə 2 məşqçini ixtisar etdi
07.01.2015 - 13:11
“Qarabağ” Hollandiyaya aparacağı heyətdə 2 məşqçini ixtisar etdi

Yanvarın 14-də Hollandiyaya yola düşəcək “Qarabağ”ın aşağı yaş qruplarının məşqçilərindən ibarət siyahıda dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, iki məşqçinin adı ilkin siyahıdan çıxarılıb.

 

Belə ki, Azər Məmmədov və Elbrus Rzayev “zanbaqlar ölkəsi”nə aparılmayacaqlar. Hollandiyaya yollanacaq digər çalışdırıcılar orda qalacaqları 1 həftə ərzində 4 klubun – “Utrext”, “Feyenord”, PSV və “Ayaks”ın akademiyasına baş çəkəcəklər. Burada məşq prosesi ilə tanış olacaq məşqçilər həmçinin əsas komandaların oyunlarını stadiondan izləmək imkanı qazanacaqlar. 

 

Qeyd edək ki, adları siyahıdan çıxarılan Azər Məmmədov U-13-ün baş məşqçisi, Elbrus Rzayev isə U-15-in məşqçisidi.