“Qarabağ” 2 futbolçu ilə yollarını ayırdı
16.05.2014 - 15:57
“Qarabağ” 2 futbolçu ilə yollarını ayırdı

“Qarabağ”  2 futbolçu ilə yollarını ayırıb. Bu barədə apasport.az saytına klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

 

O bildirib ki, legioner hücumçular - gürcüstanlı Jaba Dvali və konqolu Ulriş Kapolonqo növbəti mövsüm komandanın heyətində olmayacaq. 

 

Tbilisi “Dinamo”suna məxsus olan Dvali qışda “Qarabağ”a icarə əsasında keçmişdi. Burda cəmi 5 oyuna çıxmış 29 yaşlı futbolçunun gedəcəyi gözlənilən idi.

 

İordaniya çempionu kimi yayda “Qarabağ”a gəlmiş Kapolonqo isə mövsümə yaxşı başlamışdı. O, 3-cü oyunundaca fərqlənməyi bacarmışdı.

 

24 yaşlı hücumçu Polşanın “Pyast” klubu ilə Avroliqanın II təsnifat mərhələsinin görüşündə qol vurmuşdu. Çempionatda XVII turda “Bakı”ya qol vuran Kapolonqo yeni ildən daha çox əvəzedici komandada çıxış edirdi.