[b]“Qarabağ” məkanı dəyişir [/b]
16.05.2014 - 10:19
[b]“Qarabağ” məkanı dəyişir [/b]

Ölkəmizi ilk dəfə Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın yeni mövsüm üçün hazırlıq planına qismən aydınlıq gəlib. Klubdan apasport.az saytına verilən məlumata görə, sabah “Xəzər Lənkəran”la oyundan sonra istirahətə çəkiləcək Ağdam təmsilçisi gələn ay yenidən bir araya gələcək.

 

“Qarabağ”ın təxminən 1 aylıq istirahəti iyunun 13-də başa çatacaq. Həmin gün komanda Bakıda hazırlıqlara başlayacaq. Paytaxtdakı məşqlər 1 həftə davam edəcək. Komanda bundan sonra hazırlığın növbəti mərhələsini ölkə xaricində keçirəcək. Adətən Ankaranın Kızılcahamam qəsəbəsində toplanış keçən “Qarabağ” bu dəfə məkanı dəyişib, Avstriya və ya Sloveniyaya da üz tuta bilər. Hər halda, buna yaxın günlərdə aydınlıq gələcək.

 

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq “Qarabağ” ilk oyununu iyulun 15-16 tarixlərində keçirəcək.