[b]“Qarabağ” mərhələ adlasa, “Makkabi” ilə qarşılaşa bilər[/b]
09.07.2014 - 16:30
[b]“Qarabağ” mərhələ adlasa, “Makkabi” ilə qarşılaşa bilər[/b]

Çempionlar Liqasının III təsnifat mərhələsinin səbətlərinin tam tərkibi bəllidi. Apasport.az saytının məlumatına görə, iyulun 18-də keçiriləcək püşkatma zamanı 47 klubun diqqəti İsveçrənin Nyon şəhərinə yönələcək.

 

Mübarizəyə birbaşa III təsnifat mərhələsindən başlayacaq 13 komanda və gələn həftə start götürəcək II mərhələnin 17 cütü püşkə qatılacaq. Bu cütlər ayın 15-16-da ilk matçlarını keçirdikdən sonra püşk atılacaq.

 

Maltanın “Valletta” klubu ilə görüşəcək Azərbaycan çempionu “Qarabağ”ın təşkil etdiyi cütü səpələnməmişlər sırasındadı. Bu isə o deməkdir ki, təmsilçimiz güclü rəqibin yer aldığı cütün qalibi ilə görüşə bilər. Lakin həmin cütlərdə sensasiyanın qeydə alınması və püşkün “Qarabağ”ın üzünə gülməsi də mümkündü. Təbii ki, bunun üçün ağdamlıların özü də zəif rəqibini keçməlidi.

 

Əslində, mərhələnin ən güclü klubları öz ölkələrində çempion olmayan 10 komandadı. Lakin onlar yalnız bir-biriləri ilə düşə bilər.

 

Çempionlar Liqası

III təsnifat mərhələsinin səbətləri

 

Çempionlar

 

Səpələnmişlər

 

“Zalsburq” (Avstriya)

“Stromsqodset” (Norveç) - “Styaua” (Rumıniya)
APOEL (Kipr)

“Seltik” (Şotlandiya) - “Reykyavik” (İslandiya)
BATE (Belarus) - “Skenderbeu” (Albaniya)
“Sparta” (Çexiya) - “Levadiya” (Estoniya)
“Dinamo” (Xorvatiya) - “Jalgiris” (Litva)
“Ludoqorets” (Bolqarıstan) - “Düdelanj” (Lüksemburq)

“Makkabi” (Təl-Əviv, İsrail) – “Santa Koloma” (Andorra)
“Şerif” (Moldova) - “Sutyeska” (Monteneqro)
 

Səpələnməmişlər

“Zrinski” (Bosniya və Herseqovina) - “Maribor” (Slovaniya)
“Legiya” (Polşa) - “Sent Patriks” (İrlandiya)
“Partizan” (Serbiya) - “Torshavn” (Farer adaları)
“Kliftonvill” (Şimali İrlandiya) - “Debretsen” (Macarıstan)
“Slovan” (Slovakiya) - TNS (Uels)
”Dinamo” (Gürcüstan) - “Aktobe” (Qazaxıstan)
“Malmö” (İsveç) - “Ventspils” (Latviya)
“Valletta” (Malta) - “QARABAĞ” (AZƏRBAYCAN)
“Rabotniçki” (Makedoniya) - HİK (Finlandiya)
“Olborq” (Danimarka)

 

Qeyri-çempionlar

Səpələnmişlər

“Zenit” (Rusiya)

“Lill” (Fransa)

“Kopenhagen” (Danimarka)

“Standard” (Belçika)

“Beşiktaş” (Türkiyə)

 

Səpələnməmişlər

“Dnepr” (Ukrayna)

“Panatinaikos” (Yunanıstan)

“Feyenoord” (Hollandiya)

“Qrasshoppers” (İsveçrə)

AEL (Kipr)