“Qarabağ” Qarasız qaldı
18.02.2014 - 12:49
“Qarabağ” Qarasız qaldı

Topaz Premyer Liqasının XXII turunda “Rəvan”ı qəbul edəcək “Qarabağ” itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Qara Qarayev sabah meydana çıxa bilməyəcək.
 

Buna səbəb Qarayevin vərəqə limitini doldurmasıdır. O, AZAL ilə matçın (1:2) 68-ci dəqiqəsində 4-cü sarı vərəqəsini aldığı üçün cəzalı duruma düşüb.
 

Qeyd edək ki, “Rəvan” – “Qarabağ” matçı sabah saat 17:00-da “Bayıl Arena”da keçiriləcək.