“Qarabağ” qələbə ilə başladı
19.01.2014 - 19:10
Antalyada hazırlıqlarını davam etdirən “Qarabağ” bu gün ilk yoxlama oyununa çıxıb. Apasport.az saytının xəbərinə görə, təmsilçimiz Rumıniyanın "Dinamo" (Buxarest) klubu ilə qarşılaşıb.
"Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatan görüşdə yeganə qolu 58-ci dəqiqədə Corc Leroy vurub.
Rumıniyanın yüksək liqa təmsilçisi olan "Dinamo" hazırda turnir cədvəlində beşinci pillədədir.
Ağdam təmsilçisinin digər yoxlama oyunları yanvarın 22, 23 və 25-də baş tutacaq.
0
0