Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda “İnter”lə qarşılaşan “Qarabağ” UEFA-ya şikayət etməyə hazırlaşır. Bu barədə apasport.az saytına Ağdam təmsilçisinin meneceri Asif Əsgərov məlumat verib.
O bildirib ki, qitə futbol qurumuna müraciətə səbəb italiyalılarla görüşün son dəqiqələrində vurduqları təmiz qolun çexiyalı baş hakim Mioslav Zelinka tərəfindən hesaba alınmamsıdı: “UEFA-ya müraciət etməyi planlaşdırırıq. Bu məqsədlə klubun vitse-prezidenti Tahir Gözəl mətbuat konfransı keçirəcək”.
Əsgərov bildirib ki, mətbuat konfransı bu gün saat 13:00-da keçiriləcək.
Xatırladaq ki, matçın 90+4-cü dəqiqəsində “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda topu qapıdan keçirsə də, Zelinka epizodun ofsayd olduğunu iddia edib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı