[b]“Qarabağ” üçün 11 qat çempion[/b]
19.05.2014 - 08:03
[b]“Qarabağ” üçün 11 qat çempion[/b]

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki daha bir potensial rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Lüksemburqun “Düdelanj” klubu da çempionumuza rəqib olub.

“Cırtdan ölkə”nin ən güclüsü sonuncu turda müəyyənləşib. XXVI tur ərəfəsində “Fola”dan 1 xal geri qalan “Düdelanj” lideri 3:0 hesabı ilə darmadağın edib. Bunun sayəsində də “Düdelanj” son 10 ildə 8-ci, ümumilikdə 11-ci çempionluğunu qazanıb.

Qeyd edək ki, Lüksemburq çempionu II təsnifat mərhələsinin səpələnməmişləri sırasında olacaq.