[b]“Qarabağ” üçün 3 nümunə[/b]
16.07.2015 - 09:55
[b]“Qarabağ” üçün 3 nümunə[/b]

Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqronun “Rudar” klubuna qalib gələ bilməyən “Qarabağ” evdə keçirdiyi ilk matçda 0:0 hesabı ilə kifayətlənib. Apasport.az saytının məlumatına görə, bu, Azərbaycan klublarının avrokuboklar tarixində 10-cu belə matçıdı.

 

İndiyədək “Neftçi” 4, “Bakı” ilə “Qarabağ” hərəyə 2, “MKT-Araz” və “İnter” isə hərəyə 1 dəfə belə halla üzləşib. Əvvəlki 9 dueldən yalnız 3-də təmsilçilərimiz səfərdə uğur qazanıb. Bu isə komandalarımızın hər 3 oyundan birində uğur qazanması deməkdi.

 

İlk belə nəticənin müəllifi “İnter”di. Bakılılar həm də Çempionlar Liqasındakı 4 dəfə belə duruma düşən komandalarımız arasında mərhələ adlayan yeganə klubdu.

 

“Neftçi” və “Qarabağ”ın ötən mövsümə təsadüf edən uğurları isə Avropa Liqasında qeydə alınıb. “Ağ-qaralar” evdəki qolsuz heç-heçədən sonra səfərdə qalib gələn yeganə təmsilçimizdi. Çünki “İnter”lə “Qarabağ” səfər qolu ilə sevinib.

 

2001/02

UEFA kuboku

Neftçi – HİT Qoritsa (Sloveniya)

0:0

0:1

2004/05

Çempionlar Liqası

Neftçi – MOİK (Rusiya)

0:0

0:2

2007/08

UEFA kuboku

MKT Araz – Qrotslin (Polşa)

0:0

0:1

2008/09

Çempionlar Liqası

İnter - Rabotniçki (Makedoniya)

0:0

1:1

2009/10

Çempionlar Liqası

Bakı - Levski (Bolqarıstan)

0:0

0:2

2012/13

Avropa Liqası

Bakı – Mura (Sloveniya)

0:0

0:2

2013/14

Çempionlar Liqası

Neftçi – Skenderbeu (Albaniya)

0:0

0:1

2014/15

Avropa Liqası

Neftçi – Çixura (Gürcüstan)

0:0

3:2

2014/15

Avropa Liqası

Qarabağ – Tvente (Hollandiya)

0:0

1:1