Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qarabağ” (Azərbaycan) – “Inter” (İtaliya) matçının hakim-inspektoru müəyyənləşib. Apasport.az saytının məlumatına görə, dekabrın 11-də Bakıda keçiriləcək qarşılaşmanın hakimlərinin işinə uelsli Ray Ellinqhem qiymət verəcək.
Britaniyalı görüşün hakim-inspektoru kimi matça təyinat alıb. O, qarşılaşmanın çexiyalı hakimlərinin işini dəyərləndirəcək.
Oyunun UEFA nümayəndəsi isə moldovalı Gennadi Skurtul olacaq.
Qeyd edək ki, matçın baş hakimi Miroslav Zelinka olacaq. Ona yan xətt hakimləri Andjey Pelikan, İrji Molaçek, 4-cü hakim Antonin Kordulin, əlavə hakim köməkçiləri Petr Ardeleanu və Yan Jilek kömək edəcək.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı