“Qarabağ” və “İnter” bu gün medallarına qovuşacaq
17.05.2014 - 15:04
“Qarabağ” və “İnter” bu gün medallarına qovuşacaq

Bu gün keçiriləcək XXXVI turla Topaz Premyer Liqasına yekun vurulacaq. Apasport.az xəbər verir ki, məhz bu gün çempionatın qızıl və gümüş medallarının sahibləri öz mükafatlarına qovuşacaqlar.

“Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Xəzər Lənkəran”la oyundan sonra medallarını alacaq. "Şəfa"da AZAL-ın qonağı olacaq “İnter” də medalları üçün mərkəzi arenaya gələcək.

Mükafatlandırma mərasimində AFFA prezidenti Rövnəq Abdullayevin də iştirakı gözlənilir.