“Qarabağ”a qol vuran futbolçu 6 həftəlik sıradan çıxdı
15.10.2014 - 21:37
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “İnter”in heyətində ciddi itki baş verib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Valter Matsari komandanın əsas oyunçularından biri olan Danilo Dambrosionu 6 həftəlik itirib.
26 yaşlı cinah müdafiəçisinin diz bağlarında qırıq aşkarlanıb. Dambrosionun yaşıl meydanlara qayıdışı isə dekabr ayında gözlənilir.
Qeyd edək ki, "İnter"lə "Qarabağ" arasında keçirilən ilk görüşdə Danilo fərqlənmişdi. 2:0 hesabı ilə Milan klubunun xeyrinə başa çatan oyunun 18-c dəqiqəsində Dambrosio İbrahim Şehiçi cəzalandırmışdı.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
0
0