[b]“Qarabağ”da 11 Reynaldo olsa...[/b]
11.12.2014 - 11:38
[b]“Qarabağ”da 11 Reynaldo olsa...[/b]

“Barselona”nın futbolçusu Lionel Messi daha bir rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, argentinalı legioner qitə miqyaslı yarışlarda vurduğu qollarının sayını 76-ya çatdırıb.

 

Çempionlar Liqasının qrup mərhələsinin PSJ ilə son matçında fərqlənən Messi, bununla avrokuboklar tarixinin rekordçusu olan Raula çatıb. İspaniyalı kimi 76 qol vuran Lionel, 3-cü olan portuqaliyalı Kriştianu Ronaldonu 1 top qabaqlayır.

 

75 qolla Çempionlar Liqasının da rekordçusu olan Messi 1 dəfə də Superkubokda fərqlənib.

 

Messi, Raul, Ronaldo “üçlüy”ü birlikdə 227 qol vurub ki, bu da Azərbaycan klublarının 22 illik avrokubok tarixində yaşadığı qol sevincindən çoxdu. Belə ki, klublarımız hamısı birlikdə 182 qol vurub.

 

Klublar arasında rekordçumuz “Qarabağ” 53 qol vurmaqla, Messi və Raulun fərqi rekordundan da çox geri qalır.

 

Azərbaycan klublarında ən çox qol vuran Reynaldo və Rəşad Sadiqov cəmi 7 dəfə rəqib qapılarına yol tapıb. Söhbət yalnız bizim klubların heyətindəki qollardan gedir. Bu isə rekorddan təxminən 11 dəfə azdı. Bir sözlə, Messi və Raulun rekordunu qırmaq üçün 11 Reynaldo lazımdı.