“Qarabağ”da əsəblər tarıma çəkildi
01.02.2014 - 20:50
“Qarabağ”da əsəblər tarıma çəkildi

Topaz Premyer Liqasının XIX turunun açılış oyununda “Xəzər Lənkəran”a uduzan “Qarabağ”da əsəblər tarıma çəkilib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov məğlubiyyətin heyfini mətbuatdan çıxıb.

 

Belə ki, 41 yaşlı mütəxəssis “ağ-yaşıllar”a 0:1 hesabı ilə uduzduqları görüşün ardından futbolçulara media nümayəndələri ilə ünsiyyət qurmağı qadağan qoyub. Qurbanov yetirmələrindən martın 1-dək hər hansı açıqlama verməməyi tələb edib.

 

Qeyd edək ki, bu, “Qarabağ” rəhbərliyinin mətbuata qarşı ilk hörmətsizliyi deyil. Komanda rəsmiləri əvvəllər də bir neçə dəfə futbolçularına danışmağı yasaqlayıb.