Avrokubokda mübarizəni dayandıran “Qarabağ” klubunda iclas keçirilib. Apasport.az saytının məlumatına görə, vitse-prezident Tahir Gözəlin istəyi ilə baş tutan toplantıda icraçı-direktor Əmrah Çəlikəl və idman direktoru Con van Loen iştirak ediblər. İclasda infrastruktur və klubun aşağı yaş qrupları ilə bağlı məsələlər müzakirə olunub. Gözəl infrastruktur işlərini bu il yekunlaşdırmaq istədiklərini və uşaq komandalarına diqqətin daha da artırılacağını bildirib.
Qeyd edək ki, “Qarabağ” klubu Suraxanı qəsəbəsindəki bazasının ətrafında olan baş sahələri də almaq fikrindədi. Bu, baş tutacağı halda, klubun aşağı yaş qrupları üzrə komandaları da Suraxanıda məşq edəcək.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı