[b]“Qarabağ”da növbəti itki[/b]
03.04.2015 - 08:24
Ağdamın “Qarabağ” klubu itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi braziliyalı yarımmüdafiəçisi Riçard Almeydanın xidmətindən məhrum olub.
O, Topaz Premyer Liqasının XXVIII turunun “Bakı” ilə qarşılaşmasında komandasına kömək etməyəcək. Buna səbəb cənubi amerikalının cəzalı duruma düşməsidi.
Belə ki, XXVIII turun “İnter”lə dünən baş tutan oyununda sarı vərəqə alan Riçard 4-cü dəfə belə cəzayla üzləşib. Bu da onun növbəti turu buraxması ilə nəticələnib.
Qeyd edək ki, onun həmyerlisi Reynaldo eyni səbəbdən “İnter”lə qarşılaşmanı buraxıb.
0
0