“Qarabağ”da yubiley gözləyənlər
20.08.2014 - 11:37
“Qarabağ”da yubiley gözləyənlər

Avropa Liqasının”Tvente” ilə pley-off oyunu “Qarabağ”ın 5 futbolçusu üçün yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, sabah Bakıda keçiriləcək görüş 4 oyunçu üçün avrokuboklarda, biri üçün Avropa Liqasında yubiley xarakteri daşıyacaq.

 

Admir Teli 45-ci, Maksim Medvedev və Ansi Aqolli 30-cu, Danilo Dias 5-ci avrokubok matçının iştirakçısı olacaq. Qara qarayev isə Avropa liqasında 15-ci dəfə meydana çıxacaq.