“Qarabağ”da yubilyarlar
13.07.2015 - 17:06
“Qarabağ”da yubilyarlar

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Rudar”la Bakıdakı oyununda “Qqrabağ”ın ümumilikdə 9 futbolçusu yubiley matçına çıxa bilər. Apasport.az saytının məlumatına görə, 60-cı oyununu keçirəcək komandanın kapitanı Rəşad Sadıqovdan başqa, 8 oyunçu meydana çıxsa, 9 yubileyə imza atacaq.

 

Üç futbolçu avrokuboklarda yubiley qeyd edəcək. Rişard Almeyda 20-ci, İbrahim Şehiç 15-ci, Cavid Tağıyev 5-ci dəfə qitə miqyaslı turnirin oyununda forma geyəcək.

 

İkiqat yubiley qeyd edəcək Ricard Almeyda həm də Çempionlar Liqasında 5-ci görüşünü keçirə bilər. Onunla yanaşı, Qara Qarayev, Bədavi Hüseynov, Namiq Yusifov, Elvin Məmmədov, İlqar Qurbanov üçün qitənin ən nüfuzlu klub turnirində 5-ci qarşılaşma ola bilər.