“Qarabağ”dan müəmmalı şəkildə ayrıldı, Macarıstana getdi
06.02.2014 - 16:51
“Qarabağ”dan müəmmalı şəkildə ayrıldı, Macarıstana getdi

“Qarabağ”dan fasilə yaranmamış müəmmalı şəkildə ayrılan Miro Varvodiç karyerasını Macarıstanın “Dyör” klubunda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, xorvatiyalı qapıçı son ölkə çempionu “Dyör”də baxışda olub.

 

Varvodiç bu klubun heyətində yoxlama oyununda iştirak edib. O, “Dyör”ün 2-ci heyətinin “Şopron”la matçında qapını qoruyub və 2:1 hesabı ilə qalib gəliblər. Bundan sonra Varvodiç Xorvatiyaya qayıdıb.

 

Macar həmkarlarımız qeyd edir ki, özünəəmin şəkildə təsir bağışlayan Mironun yenidən komandaya qayıdacağı gözlənilir. Bununla belə, “Köln”ün sabiq qapıçısının slovakiyalı Lyuboş Kamenarın ehtiyatında qalmaq istəyəcəyi də inandırıcı görünmür.

 

Qeyd edək ki, 2012-ci ilin iyununda “Qarabağ”a transfer olunan Miro avrokuboklarda 8, Premyer Liqada 17, ölkə kubokunda 2 qarşılaşmaya çıxıb. Varvodiç bu qarşılaşmalarda 26 top buraxıb.