“Qarabağ”ın almaq istədiyi hücumçuya 700 min avro qiymət qoyuldu
06.06.2014 - 14:39
“Qarabağ”ın almaq istədiyi hücumçuya 700 min avro qiymət qoyuldu

“Qarabağ” və “Bakı”nın maraq dairəsində olan Vladimir Dvalişvilinin transfer qiyməti açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Lado” ləqəbli futbolçunun müqaviləsinin müddəti növbəti mövsümün sonunda Polşanın “Leqiya” klubu ilə başa çatacaq.

 

Varşava klubunun prezidenti Boquslav Lesnodorski elan edib ki, Gürcüstan yığmasının hücumçusunu satmaq fikrindədirlər və ona görə az pul istəmirlər. “Leqiya” bu futbolçunu Polşa çempionatındakı komandalara, xüsusən də əzəli rəqiblərinə satmaq fikrində deyil.

 

Ona görə də Dvalişvilinin meneceri bildirib ki, o, müştərisi üçün Polşa hüdudlarından kənarda komanda axtarır. Üstəlik, yerli klublar onun üçün açıqlanan transfer məbləğini ödəməkdə acizdir. Çünki söhbət 700 min avrodan gedir. Tbilisi və Batumi “Dinamo”larında, Rustavi “Olimpi”sində, eləcə də “Skonto”, Hayfa “Makkabi”si və “Poloniya”da çıxış etmiş futbolçuya ölkəmizdən başqa, Rusiya, Çin və ABŞ-dan da maraq var.

 

Qeyd edək ki, Gürcüstan yığmasında 31 oyuna 5 qol vuran Dvalişvili Səudiyyə Ərəbistanı ilə yoldaşlıq oyununda qol vursa da, BƏƏ ilə görüşdə 100 faizlik şansı boşa verdiyi üçün ölkəsində tənqid hədəfinə tuş gəlib.

 

0