“Qarabağ”ın futbolçuları Rumıniya ilə oyuna çağırıldılar
15.05.2014 - 15:59
Ölkəmizdə ilk dəfə çempionluq sevinci yaşayan “Qarabağ”ın müdafiəçiləri – Admir Teli ilə Ansi Aqolli Albaniya yığmasından dəvət alıblar. Apasport.az saytına klubdan verilən məlumata görə, italiyalı baş məşqçi Canni De Biasi hər 2 futbolçunu milliyə çağırıb.
Teli və Aqolli mayın 17-dən sonra komandasının Albaniyadakı düşərgəsinə gedəcəklər. Bundan sonra yığma İsveçrənin İverdon-le-Ben şəhərinə yola düşəcək. Albaniya millisi burda Rumıniya yığması ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
Qeyd edək ki, bu görüş mayın 31-də keçiriləcək.
0
0