“Qarabağ”ın futbolçusu Xeresdə oynaya bilər
14.05.2014 - 17:37
“Qarabağ”ın futbolçusu Xeresdə oynaya bilər

Gürcüstan millisinin Səudiyyə Ərəbistanına qarşı mayın 29-da İspaniyanın Xeres şəhərində keçirəcəyi yoldaşlıq görüşü üçün heyəti açıqlanıb. Apasport.az xəbər verir ki, Temuri Ketsbaya 23 nəfərlik heyətə Topaz Premyer Liqasından 3 futbolçu dəvət edib.  “Qarabağ”ın hücumçusu Nikolas Gelaşvili, “İnter”in müdafiəçisi Laşa Salukvadze və hücumçusu Baçana Sxadadze İspaniyaya gedəcək siyahıda yer alıblar.

 

Qapıçılar: Gorgi Loria (“Dinamo”), Nukri Revişvili (“Valetta”, Malta), Roin Kvaxsvadze (“Torpedo”)

 

Müdafiəçilər: Laşa Salukvadze (“İnter”, AZƏRBAYCAN), Uça Lobjanidze (“Dnepr”, Ukrayna), Akakiy Xutubia (“Mordoviya”. Rusiya), Quram Kaşiya (“Vitesse”, Hollandiya), Qia Qriqalava (“Anji”, Rusiya), Solomon Kvirkvelia (“Rubin”, Rusiya), Dato Kvirkvelia, Goergi Xideşeli (hər ikisi “Dinamo”), Levan Kakubava (“Spartak”)

 

Yarımmüdafiəçilər: Avtandil Ebralidze (“Gil Visente”, Portuqaliya), Jaba Kankava, Aleksandr Kobaxidze (hər ikisi “Dnepr”, Ukrayna), Tornike Okriaşvili (“Çernomorest”, Ukrayna), Jano Ananidze (“Rostov”. Rusiya), Georgi Çanturiya (“ÇFR Kluj”, Rumıniya), Valeri Kazaişvili (“Vitesse”, Hollandiya), Murtaz Dauşvili (“Karpatı”, Ukrayna)

 

Hücumçular: Nikolas Gelaşvili (“Qarabağ”, AZƏRBAYCAN), Baçana Sxadadze (“İnter”, AZƏRBAYCAN), Vladimir Dvalişvili (“Legiya”, Polşa)