[b]“Qarabağ”ın potensial rəqibi müəyyənləşdi - YENİLƏNİB[/b]
17.07.2015 - 14:15
[b]“Qarabağ”ın potensial rəqibi müəyyənləşdi  - YENİLƏNİB[/b]

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə növbəti mərhələnin 15 cütü müəyyənləşib.

 

Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibi bilinib. II təsnifat mərhələsində Monteneqro “Rudar”l ilə görüşən Ağdam klubu bu səddi adlasa, daha çətin sınaq qarşısında olacaq.

 

Çünki “Qarabağ” – “Rudar” cütünün qalibi Şotlandiya təmsilçisi “Seltik”lə qarşılaşmaq ehtimalı var. Çünki “zolaqlılar” ilk oyunda 2:0 hesabı ilə məğlub etdiyi “Styarnan”ı keçəcəyi real görünür.

 

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları iyulun 28-29-da və avqustun 4-5-də keçiriləcək.

 

Çempionlar Liqası

III təsnifat mərhələsi

 

Çempionlar yolu

 

“Sarayevo” (Bosniya və Herseqovina) -  “Lex” (Polşa) cütünün qalibi - “Bazel” (İsveçrə)

 

“Ludoqorets” (Bolqarıstan) - “Milsami” (Moldova) cütünün qalibi - “Skenderbeu” (Albaniya) - “Kruzaders” (Şimali İrlandiya) cütünün qalibi

 

“Seltik” (Şotlandiya) - “Styarnan” (İslandiya) cütünün qalibi - “QARABAĞ” (AZƏRBAYCAN) - “Rudar” (Monteneqro) cütünün qalibi

 

“Trençin” (Slovakiya) - “Styaua” (Rumıniya) cütünün qalibi - “Partizan” (Serbiya) -  “Dila” (Gürcüstan) cütünün qalibi

 

“Ventspils” (Latviya) - HİK (Finlandiya) cütünün qalibi - “Maribor” (Sloveniya) - “Astana” (Qazaxıstan) cütünün qalibi

 

“Midtyulland” (Danimarka) - “Linkoln” (Cəbəllütariq) cütünün qalibi - APOEL (Kipr) - “Vardar” (Makedoniya) cütünün qalibi

 

“Hibernians” (Malta) - “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi - “Viktoriya” (Çexiya)

 

“Dinamo” (Xorvatiya) - “Fola” (Lüksemburq) cütünün qalibi - “Molde” (Norveç) - “Pünik” (Ermənistan) cütünün qalibi

 

TNS (Uels) -  “Videoton” (Macarıstan) cütünün qalibi - BATE (Belarus) - “Dandalk” (İrlandiya) cütünün qalibi

 

“Zalsburq” (Avstriya) - “Malmö” (İsveç) -  “Jalgiris” (Litva) cütünün qalibi

 

Qeyri-çempionlar yolu

“Fənərbaxça” (Türkiyə) - “Şaxtyor” (Ukrayna)

“Rapid” (Avstriya) - “Ayaks” (Hollandiya)

“Panatinaikos” (Yunanıstan) - “Brügge” (Belçika)

“Yanq Boyz” (İsveçrə) - “Monako” (Fransa)

MOİK (Rusiya) - “Sparta” (Çexiya)