“Qarabağ”ın məşqçisi “Sent Etyen”in qələbəsinə şahidlik etdi
14.09.2014 - 16:31
“Qarabağ”ın məşqçisi “Sent Etyen”in qələbəsinə şahidlik etdi

Dünən Fransa çempionatının V turunda keçirilən "Sent-Etyen" - “Kan” matçını canlı izləyənlər arasında “Qarabağ”ın məşqçisi də olub. Apasport.az saytının məlumatına görə, Ağdam klubunun rəqibinin dogma azarkeşləri önündə 1:0 hesabı ilə qələbə qazandıqları görüşü komandanın əvəzedici heyətinin baş məşqçisi Borçe Xrisov seyr edib.

 

Bolqarıstanlı çalışdırıcı baş məşqçi Qurban Qurbanovun tapşırığı ilə həmin matça gedərək Avroliqanın qrup mərhələsindəki rəqibləri ilə bağlı qeydlər aparıb.