“Qarabağ”ın məşqinə mütəxəssis axını
16.01.2015 - 15:38
Türkiyədə olan Məşqçilər Komitəsinin üzvləri klubların qış hazırlığını yaxından izləməkdə davam edirlər. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komitə üzvləri bu gün “Qarabağ”ın düşərgəsinə baş çəkiblər.
Komitə sədri Vaqif Sadıqov, həmçinin üzvlər Ağasəlim Mircavadov, Şahin Diniyev və Şakir Qəribov Ağdam klubunun səhər məşqini izləyiblər. Məşqdən sonra isə adıçəkilən mütəxəssislər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşərək, fikir mübadiləsi aparıblar.
0
0