“Qarabağ”ın oyununun vaxtı dəyişdirildi
03.04.2015 - 16:30
Topaz Premyer Liqasının XXVIII turunun oyun cədvəlində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, aprelin 5-də keçiriləcək “Bakı” – “Qarabağ” oyunu əvvəldən nəzərdə tutulduğundan 2 saat gec başlayacaq.
Belə ki, “Bakı” FK-nın təlim-məşq bazasının stadionundakı görüşün start fiti saat 15:00-da deyil, 17:00-da veriləcək. IV dövrənin açılış matçı olacağı gözlənilən qarşılaşma daha iki oyunla eyni vaxtda baş tutacaq.
Qeyd edək ki, “Simurq” – “Neftçi” və AZAL – “Qəbələ” görüşləri 17:00, “İnter” – “Xəzər Lənkəran” matçı 18:00-da başlayacaq.
0
0