“Qarabağ”ın qapıçısı İrlandiya ilə oyunlara çağırıldı
26.10.2015 - 15:25
“Qarabağ”ın futbolçusu İbrahim Şehiç Bosniya və Herseqovina millisinə çağırılıb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı qapıçı AVRO-2016-nın pley-off mərhələsinin İrlandiya ilə qarşılaşmalarına dəvət alıb.
Balkan təmsilçisinin baş məşqçisi Mehmed Bajdareviç Şehiçi gələn ay keçiriləcək qarşılaşmalarda sərəncamında görmək istəyib. Bosniya və Herseqovina millisi ayın 13-də evdə, 3 gün sonra səfərdə mübarizə aparacaq.
Qeyd edək ki, Şehiç seçmə mərhələnin oyunlarına çağırılsa da, meydana çıxmayıb.
Mənbə: qarabagh.com
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0