“Qarabağ”ın rəqibi “Çelsi”nin üzvünə “göz dikib”
06.12.2014 - 11:42
“Qarabağ”ın rəqibi “Çelsi”nin üzvünə “göz dikib”

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “İnter” transfer çalışmalarını davam etdirir. Apasport.az saytının məlumatına görə, “neradzurra”nın baş məşqçisi Roberto Mançini qış fasiləsində heyətdə ciddi dəyişiklik etmək fikrindədi.

 

Maraqlıdı ki, “İnter” dövrələrarası fasilədə siyahıdakı futbolçuları əsasən icarəyə götürmək barədə düşünür. Mançininin xidmətində maraqlı olduğu oyunçulardan biri də “Çelsi”nin yarımmüdafiəçisi Mohamed Salahdı. İtalyanlar “zadəganlar”ın heyətinə düşməkdə çətinlik çəkən misirli futbolçunu da mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədilər. Artıq Salahın meneceri ilə danışıqlara start verilib. Mohamed Salah özü də oyun praktikasından əziyyət çəkdiyi üçün “Çelsi”dən ayrılmaq istədiyini bildirib.

 

Qeyd edək ki, “İnter” Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyununu dekabrın 11-də Bakıda “Qarabağ”a qarşı keçirəcək.