“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Tottenhem” qış transfer dönəmi üçün hazırlıqlara başlayıb. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, London klubunun siyahısındakı ilk futbolçunun adına aydınlıq gəlib.
“Tottenhem”in ən çox maraq göstərdiyi oyunçu “Milan”ın yarımmüdafiəçisi Keysuke Hondadı. Lakin londonlularla yanaşı, İngiltərənin digər klubu “Everton” da yaponiyalı oyunçuya “elçi düşüb”.
“Milan”da baş məşqçi Sinişa Mixayloviçlə münasibətləri qaydasında olmayan Honda özü də İngiltərəyə köçməyin əleyhinə deyil.
Qeyd edək ki, Keysuke Honda “Milan”a 2013-cü ildə Moskva MOİK-indən keçib.