“Qarabağ”ın rəqibi daha bir futbolçusu ilə “nigah”ı təzələdi
28.09.2014 - 14:48
“Qarabağ”ın rəqibi daha bir futbolçusu ilə “nigah”ı təzələdi

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sent-Etyen” futbolçusu Maks-Alain Qradel ilə müqavilənin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçu daha 3 il də Fransa klubunun şərəfini qoruyacaq.

 

Qradelin müqaviləsinin müddəti 2014/2017 mövsümünün sonunda başa çatacaq.

 

Qeyd edək ki, 2011-ci ildən "Sent-Etyen"də forma geyinən futbolçu “yaşıllar”ın heyətində müqaviləsinin müddətini uzadan 3-cü futbolçu olub. Daha əvvəl fransızlar qapıçı Stefan Ruffierlə 4 illik, komandanın kapitanı Loik Perrinlə isə 3 illik müqavilə imzalayıb.