Avropa Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparan “Monako” Radamel Falkaodan imtina edib. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, “qırmızı-ağlar” kolumbiyalı forvardı qaytarmaq haqda düşünmürlər.
Hazırda icarə əsasında “Çelsi”nin formasını geyinən Radamel Falkao “Mançester Yunayted”dən sonra, London klubunda da özünü yaxşı tərəfdən göstərə bilmir. Məhz bu səbəbdən Liqa-1 təmsilçisi qışdan sonra da Falkaonun xidmətindən yararlanmaq istəmir.
Lakin “Çelsi” rəhbərliyi də futbolçunun icarə müddətini uzatmaq arzusunda deyil. Belə olan halda, “Monako” 29 yaşlı hücumçunu başqa kluba icarəyə göndərməyi planlaşdırır.
Qeyd edək ki, Falkao “Monako”ya 2013-cü ildə “Atletiko”dan transfer olunub.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı