“Qarabağ”ın rəqibi futbolçusunu “İnter”ə satmır
29.09.2014 - 20:38
“Qarabağ”ın rəqibi futbolçusunu “İnter”ə satmır

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Dnepr” komandanın lider futbolçusu Yevgeni Konoplyankanın İtaliya “İnter”i ilə danışıqlar aparıdığı söz-söhbətlərə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, Ukrayna klubu bu haqda çıxan xəbərləri təkzib edib.

 

Dnepropetrovsklılar 25 yaşlı yarımmüdafiəçinin Ukraynada zədəsini bərpa olunmağa davam etdiyini və klub rəhbərliyinin icazəsi olmadan başqa komanda ilə danışıqlar aparmaq hüquqlarına malik olmadığını bildirib.

 

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ” oktyabrın 2-də “İnter”lə, “Dnepr” isə “Sent-Etyen”lə qarşılaşacaq. Dnepropetrovsk klubu ilə ilk görüşümüz isə noyabrın 23-də səfərdə baş tutacaq.