Avropa Liqasında “Qarabağ”ın rəqibi “Dnepr” heyətini gücləndirir. Apasport.az saytının məlumatına görə, Dnepropetrovsk klubu “Vorskla”ın 24 yaşlı yarımmüdafiəçisi Artyom Qromovu rənglərinə bağlamaq istəyir.
Ukraynanın Moldovanı yoldaşlıq görüşündə 1:0 hesabı ilə məğlub etdiyi matçda debüt edən futbolçu ilə yayda “Metallist” yaxından maraqlanırdı. Xarkovluların transfer edə bilmədiyi yarımmüdafiəçinin mübarizəsinə bu dəfə “Qarabağ”ın rəqibi qoşulub. “Dnepr” Artyom Qromov üçün “Vorskla”ya 2 milyon dollar ödəməyə hazırdı.
Qeyd edək ki, “Qarabağ” “Dnepr”lə ilk oyununu səfərdə oktyabrın 23-də keçirəcək. Bakıdakı matç isə noyabrın 6-da reallaşacaq.