Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “Sent-Etyen” klubunun nümayəndə heyəti Ukrayna tərəfi ittiham edib. Apasport.az saytının məlumatına görə, buna səbəb bun gün Kiyev aeroportunda problemlərlə üzləşməsi olub.
Belə ki, Fransa təmsilçisini gətirən təyyarənin naviqasiya sisteminin işinin nasazlığına görə “yaşıllar” vaxtından əvvəl yerə enə bilməyib və 6 saat havada qalıb. Daha sonra məsələyə aydınlıq gəlib.
Lakin “Sent-Etyen” növbəti problemlə üzləşib. Bu dəfə Fil Dişi Sahilindən olan hücumçu Maks-Alen Qradel miqrasiya qanununu pozduğu üçün Ukrayna Sərhəd Xidməti tərəfindən saxlanılıb. Bir müddət otaqda gözləməli olan 27 yaşlı futbolçu daha sonra komandanın düşərgəsinə qoşulub.
Qeyd edək ki, “Dnepr” – “Senr-Etyen” matçı sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı