“Qarabağ”ın rəqibi Kovaçiçlə “nigah”ı təzələdi
10.12.2014 - 20:11
“Qarabağ”ın rəqibi Kovaçiçlə “nigah”ı təzələdi

Avropa Liqasının qrup mərhələsində “Qarabağ"ın rəqibi "İnter" futbolçusu Mateo Kovaçiçlə “nigah”ı təzələyib. Apasport.az saytının məlumatına görə, xorvatiyalı futbolçu daha 5 il də Milan klubunun şərəfini qoruyacaq.

 

Rəqibimiz Kovaçiçlə 2019-cu ilə qədər müqavilə imzalayıb.

 

Mateo yeni müqaviləyə əsasən "İnter"də ilinə 2 milyon avro maaş alacaq.

 

Qeyd edək ki, Kovaçiç 2012/2013 mövsümündən "İnter"in heyətində forma geyinir. Xorvatiyalı 59 oyunda meydana çıxıb və 2 qola imza atıb.