“Qarabağ”ın rəqibi qələbə qazandı
30.11.2015 - 01:48
“Qarabağ”ın rəqibi qələbə qazandı

Belçika çempionatında XVII turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən "Anderlext" evdə "Leuven"lə oynayıb.

 

Matç "bənövşəyi-ağlar"ın 3:2 hesablı qələbəsiylə nəticələnib.

 

Bu qarşılaşmadan sonra hesabında 32 xal olan "Anderlext" 3-cü pillədə qərarlaşıb.

 

Rəqiblərindən bir oyun az keçirimiş "Anderlext" 1-ci pillədəki "Gent"dən 4 xal geri qalır.

 

Belçika çempionatı

XVII tur

 

29 noyabr

“Anderlext” – “Leuven” - 3:2

Qollar: Suares, 32, İdrissa Silla, 39, 69 - Kroyzet, 2, Trossard, 49