[b]“Qarabağ”ın rəqibi sabah müəyyənləşəcək[/b]
21.05.2014 - 10:36
[b]“Qarabağ”ın rəqibi sabah müəyyənləşəcək[/b]

Sabah keçiriləcək Azərbaycan kubokunun final oyunu Avropa Liqasının I təsnifat mərhələsinin qarşılaşması xarakteri daşıyacaq. Çünki qalib gələn komanda qitənin 2-ci dərəcəli klub turnirində II təsnifat mərhələsinə yüksələcək.

 

Apasport.az saytının məlumatına görə, finalda görüşəcək “Qəbələ” ilə “Neftçi” artıq Avropa Liqasına vəsiqəni təmin ediblər. Lakin onlardan biri I, digəri II təsnifat mərhələsindən mübarizəyə başlamalıdır. Bu üzdən həlledici qarşılaşma təkcə mükafat əldə etmək yox, avrokuboklarda irəliləmək üçün də önəmlidir.

 

Final oyununun daha bir özəlliyi isə Superkuboka vəsiqənin sahibinin müəyyənləşməsidir. Belə ki, qarşılaşmanın qalibi bu ilin payızında ölkə çempionu “Qarabağ”la üz-üzə gəlməlidir. Təbii ki, oyun təxirə salınmasa. Ötən il bərpa olunan Superkubok ənənəsi davam etdirilsə, ağdamlılar kubokun qalibini sınağa çəkəcək.