“Qarabağ”ın rəqibi serbiyalı futbolçu alır
22.09.2015 - 17:24
“Qarabağ”ın rəqibi serbiyalı futbolçu alır

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Tottenhem” heyətini gücləndirmək niyyətindədi. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisi “Srvena Zvezda”nın futbolçusu Luka Yoviçlə yaxından maraqlanır.

 

İngilislər 17 yaşlı hücumçunu qışda transfer etmək istəyirlər. Ancaq bunun üçün “Tottenhem” rəqabətdən qalib ayrılmalıdı. Belə ki, Yoviçlə “Arsenal”, “Çelsi”, “Ayaks” və “Benfika” klubları da danışıq aparır.

 

Qeyd edək ki, yayda “Atletiko” Yoviçə görə 2 milyon funt-sterlinqlik təklif göndərmişdi. Ancaq serblər bu təklifi qəbul etməmişdilər.