“Qarabağ”ın rəqibi xal itirdi
02.12.2014 - 00:01
“Qarabağ”ın rəqibi xal itirdi

Ukrayna Premyer Liqasında XIV turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Dnepr” də növbəti matçına çıxıb.

 

Dnepropetrovsk klubu doğma publika önündə “Metallurq”la qarşılaşıb. Görüşdə qalib müəyyənləşib. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

Qeyd edək ki, rəqibimiz 28 xalla hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.