“Qarabağ”ın rəqibindən heç-heçə seriyası
25.08.2014 - 08:35
Hollandiya çempionatında III turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Tvente” səfərdə “Breda” ilə görüşüb.
17-ci dəqiqədə Lük Kastanyosun qolu ilə hesabda önə keçən Enshede təmsilçisi üstünlüyünü qoruya bilməyib. Adnan Tigha 90-cı dəqiqədə penalti zərbəsi ilə meydan sahiblərini məğlubiyyətdən xilas edib – 1:1.
Bununla da “Tvente” çempionatda ardıcıl 3-cü heç-heçəsinə imza atıb. 3 oyundan 3 xalı olan enshedelilər 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.
0
0