“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “İnter” artıq bütün diqqətini qış fasiləsinə yönəldib. Apasport.az-ın məlumatına görə, “neradzurra”nın yeni baş məşqçisi Roberto Mançininin transfer siyahısındakı futbolçuların sayı getdikcə artır.
Səlçuk İnan və Lukas Podolskidən sonra italyan mütəxəssis PSJ-nin hücumçusu Ezekyel Lavezzinin də alınmasını istəyir. İtaliya klubunun idman direktoru Pyer Auzilio bununla bağlı argentinalının meneceri Alexandro Matsoni ilə artıq görüşüb. “İnter” Lavezzini mövsümün sonuna qədər icarəyə götürmək fikrindədi. PSJ isə Anxel di Mariya (“Mançester Yunayted”) və ya Nikolas Qaytanı (“Benfika”) transfer edərsə, Lavezzinin keçidinə mane olmayacaq.
Qeyd edək ki, “İnter” Avropa Liqasının qrup mərhələsi çərivəsində son oyununu dekabrın 11-də Bakıda “Qarabağ”a qarşı keçirəcək.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı