“Qarabağ”ın sabiq futbolçusu Əbu-Dabiyə baxışa dəvət olundu
12.01.2015 - 16:31
“Qarabağ”ın sabiq futbolçusu Əbu-Dabiyə baxışa dəvət olundu

Qış fasiləsi yaranmamışdan gözlənilmədən “Qarabağ”la yollarını ayıran İnnosent Emeqara karyerasını Almaniyada davam etdirə bilər. Apasport.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Hamburq” İsveçrə millisinin hücumçusuna “elçi düşüb”.

 

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təlim-məşq toplanışında olan “Hamburq” Emeqaranı birbaşa müqaviləyə yox, baxışa dəvət edib. Nigeriya əsilli oyunçu sınaqdan uğurla keçərsə, onunla müqavilə imzalanacaq.

 

Qeyd edək ki, İnnosent Emeqara mövsümün gedişində “Qarabağ”la anlaşmış, qış fasiləsi yaranmamış da komandanı tərk etmişdi.